Gündəm

Turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçiriləcək

1 Dekabr 2016 12:29

Dekabrın 8-də “Excelsior Hotel & Spa Baku” oteli KSM sahəsində turizm fakültəsinin tələbələri üçün növbəti təlimi keçirəcək. “OLAYLAR”ın xəbərinə görə, təlim “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq.

Mark Zukerberqdən qəfil qərar: bütün varidatını bağışladı

1 Dekabr 2016 12:21

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq dünən önəmli açıqlama verib.

ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

1 Dekabr 2016 12:19

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.

Optimist ruhda köklənmək üçün nə etmək lazımdır?

1 Dekabr 2016 12:17

Cəmiyyətimizdə bir çox insanlar söhbətləri ilə özləri də bilmədən ətrafındakıları günə pessimist ruhda başlamağa yönləndirirlər. Günə korlanmış əhvalla başlayan insanların çoxunda isə bu hiss sutkanın sonunadək belə davam edir. Bir çoxlarının digərlərinin ən kiçik səhvlərini gözləyirmiş kimi, onu gündəmə gətirməsi qarşı tərəfin beyninin dayanmadan işləməsi və özünü qoruması üçün hazırlıqda olmasına gətirib çıxardır. Bu isə insanın həm şəxsi, həm də iş həyatında uğursuzluqla nəticələnir. SİA-nın məlumatına görə, alimlər insanın beynini pessimist düşüncələrdən təmizləməsi və xoşbəxtlik hissinin önündəki əngəlləri aradan qaldırması üçün 3 əsas yol göstərirlər.

"Ərdoğanın Suriya açıqlaması Ankaranın problemə baxışının yenidən dilə gətirilməsidir"

1 Dekabr 2016 12:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı məlum açıqlaması, əslində Suriyada proseslər başlanandan indiyədək rəsmi Ankaranın problemə olan baxışının yenidən dilə gətirlməsidir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu deyib.

"Az müdafiə olunan qrupların tibbi sığortasını dövlət öz üzərinə götürməlidir"

1 Dekabr 2016 12:13

"İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi də bir o qədər tez yüksəlməyə başlayacaq. Hansı ölkə səhiyyə sahəsində uğu qazanıbsa, bunun səbəbi icbari tibbi sığortadır". SİA-nın xəbərinə görə, bunu  Milli Məclisin Səhiyyə komitəsini sədri Əhliman Əmiraslanov deyib. 

Məktəblilər qidalanması mövzusunda maarifləndirilir

1 Dekabr 2016 12:12

Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Sağlamlıq forumları” adlı maarifləndirici tədbir keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məqsədilə həyata keçirilən tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Daha bir küçədə təmir işləri yekunlaşıb 

1 Dekabr 2016 12:08

Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılıb.

Ermənilər 38 dəfə atəşkəsi pozub

1 Dekabr 2016 12:07

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskepar, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əskipara və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir

1 Dekabr 2016 12:06

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 faizi, yəni 14 milyon nəfər bu virusun daşıyıcısı olduğundan xəbərsizdir. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib. 

Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

1 Dekabr 2016 12:03

Türkiyənin tanınmış “Doğan Holding” şirkətlər qrupunun Ankara üzrə məsul əməkdaşı Barbaros Muratoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Moskvada yeni məscid tikiləcək

1 Dekabr 2016 12:02

Rusiyada Yeni Moskva ərazisində məscidi olacaq Mədəni-maarif Mərkəzinin inşası planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Moskva müftisi Albir Krqanov bildirib.

Atambayev: “Rusiya hərbi bazası Qırğızıstandan çıxarılmalıdır”

1 Dekabr 2016 11:58

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya hərbi bazasının ölkə ərazisindən çıxmalı olduğunu bəyan edib.

Həkimi öldürən polis intihar etdi

1 Dekabr 2016 11:55

Polis əməkdaşı Sverdlovsk vilayətinin Rej şəhər xəstəxanasının həkimini güllələdikdən sonra intihar edib.  Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıya istinadən TASS məlumat yayıb.  

Rusiyada qaz partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

1 Dekabr 2016 11:52

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb. APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.