ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.

Aksiya zamanı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, 43 yaşlı afroamerikalı Kit Lamont Skott sentyabrda polis tərəfindən güllələnmişdi.

Ümumiyyətlə, son günlər ABŞ-da polisin qaradərili vətəndaşlara atəş açması halları artıb. Lakin heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31