Rusiyada qaz partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb. APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb.

APA-nın "İnterfaks" agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.

Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb

Hadisə nəticəsində mənzilin biri tamamilə, digəri isə qismən dağılıb. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Yaralananlardan 3-ü xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hadisə yerinə Rusiya FHN-nin  canlı qüvvə və texnikası cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31