Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb

Ukraynanın cənubunda raket təlimləri başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.

Ukraynanın cənubunda raket təlimləri başlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin "Cənub" hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.

O bildirib ki, təlimlər beynəlxalq qanunvericilik normalarına uyğun keçirilir.

Krıjanovskinin sözlərinə görə, təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq edib. Bildirilib ki, raket atışları Krım yaxınlığında həyata keçirilsə, onlar məhv ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31