Gündəm
Misir məhkəməsi 296 nəfər Mursi tərəfdarına həbs cəzası verib
Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.
Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb
Ukraynanın cənubunda raket təlimləri başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.
Nardaran işi üzrə təqsirləndirilən daha 12 nəfərin işi məhkəməyə göndərilib
Nardaran işi üzrə təqsirləndirilən daha 12 nəfərin işi məhkəməyə göndərilib.
"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb
Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.
Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb
"Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun birinci xəttinin 2017-ci ilin əvvəlində istismara veriləcəyini gözləyir". Olaylar.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Sürüşmə ərazilərində təhlükənin qarşısını almaq üçün yeni normalar hazırlandı
Azərbaycanda ərazilərin, binaların sürüşmə və uçqunlardan mühafizəsi üçün məcburi tətbiq olunacaq yeni normalar hazırlanıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, yeni tələblər "Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi" adlı sənəd layihəsində əks olunub.
ABŞ-da meşə yanğınları: 7 ölü
ABŞ-ın Tennessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb Olaylar.az APA-ya istinadən xəbər verir ki, ştatın Sevyer dairəsində yanğın 700, Sevi dairəsində - 400, Qatlinburq şəhəri ətrafında isə 300 binanı tamamilə məhv edib.
Azərbaycan neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir
Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir. “OLAYLAR”-ın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir Natiq Əliyev Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu
Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar.
Mourinyo cəzalandırıldı
İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Manchester United"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Halit Ergenç Tubayla çəkildiyi filmdə açıq-saçıq səhnədən İMTİNA ETDİ
Halit Ergenç Tuba Büyüküstün ilə birlikdə rol aldığı "İstanbul Kırmızı" filmiylə tamaşaçıların önünə çıxmağa hazırlaşır. Milli.Az xəbər verir ki, Ergençin filmdə tamamilə çılpaq qalacağı bir səhnəni oynamaq istəmədiyi və onu həmin kadrlarda dublyorun əvəzlədiyi iddia edilir.
Patriarx Kirill: "Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür"
"Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür". Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfransının iştirakçılarına müraciətində deyib.
Yunanıstanda özəlləşdirmə dayandırılıb
Yunanıstan hökuməti Dövlət Əmlakının İdarə edilməsi üzrə Fondu (HRADF) ləğv edib. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Yunanıstanın maliyyə nazirinin birinci müavini Nadya Valavani bildirib.
Mübariz Qurbanlı: "Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir"
"Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir". Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfrans zamanı çıxışında deyib.
Hakerlər bankdan 100 milyon oğurladılar
Rusiya banklarından biri kiberhücum nəticəsində 100 milyon rubl vəsait itirib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı olan "Bank Rossii" hücum faktını qeydə aldıqlarını təsdiqləyib. Söhbətin hansı bankdan getdiyi açıqlanmayıb. Mərkəzi banka yaxın mənbə regional banklardan birinin filialının hücuma məruz qaldığını və filialdakı bütün vəsaitin oğurlandığını bildirib.














