"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb
Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.
1 Dekabr 2016 11:43 DünyaNoyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.
Əməliyyat nəticəsində 218 yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.