Misir məhkəməsi 296 nəfər Mursi tərəfdarına həbs cəzası verib

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu şəxslər 2013-cü ildə İsmayiliyə əyalətindəki məhkəmə kompleksinin binasında iğtişaşlar təşkil etməkdə ittiham olunublar. O zaman təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 10 nəfər ölmüşdü.

"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

Qeyd edək ki, noyabrın 15-də  Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib. Lakin o, Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığına görə daha 20 il həbsxanada qalacaq.

Xatırladaq ki, M. Mursi 2012-ci ildə prezident seçilib. 2013-cü ilin yayında isə hərbçilər tərəfindən devrilib. Çevrilişdən sonra M. Mursi və "Müsəlman qardaşları" hərəkatının bir çox üzvləri həbs edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31