Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
Türkiyənin tanınmış “Doğan Holding” şirkətlər qrupunun Ankara üzrə məsul əməkdaşı Barbaros Muratoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
1 Dekabr 2016 12:03 DünyaTürkiyənin tanınmış "Doğan Holding" şirkətlər qrupunun Ankara üzrə məsul əməkdaşı Barbaros Muratoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
"Report" "Fox" televiziyasına istinadən xəbər verir ki, B.Muratoğlu ifadə vermək üçün İstanbula aparılacaq.
"Star" qəzetinin keçmiş yazarı Cem Küçük "Twitter" səhifəsində yazıb: "Barbaros Muratoğlu demək Aydın Doğan ("Doğan" Holding-in sahibi - "Report")" deməkdir. Muratoğlu 2011-2016-cı illərdə Aydın Doğanın FETÖ ilə bağlı işlərini görüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31