Turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçiriləcək

Dekabrın 8-də “Excelsior Hotel & Spa Baku” oteli KSM sahəsində turizm fakültəsinin tələbələri üçün növbəti təlimi keçirəcək. “OLAYLAR”ın xəbərinə görə, təlim “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq.

Dekabrın 8-də "Excelsior Hotel & Spa Baku" oteli KSM sahəsində turizm fakültəsinin tələbələri üçün növbəti təlimi keçirəcək. "OLAYLAR"ın xəbərinə görə, təlim "AtaHolding" Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və "Excelsior Hotel & Spa Baku" otelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq. "Excelsior Hotel & Spa Baku" otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd edib ki, hazırda turizm sənayesi Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan sahələrindən biridir. İndi Azərbaycanda turizm sahəsində ixtisaslı mütəxəssislərə böyük tələbat var. Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlimin məqsədi tələbələrə turizm biznesində praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır. Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Şəlalə

Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31