Azərbaycanda 11 səhiyyə müəssisəsi özəlləşdiriləcək

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini bildirib ki, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: “11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür.

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini bildirib ki, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: "11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir". E.Ağayev deyib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31