Gündəm

Ermənistanda iki polis rəisi işdən qovuldu

1 Dekabr 2016 15:24

Ermənistanın polis sistemində növbəti kadr dəyişikliyi baş verib. Ermənistan Polisinin rəisi Vladimir Qasparyanın əmri ilə Vardenis və Çəmbərəkənin polis rəisləri tutduqları vəzifədən azad olunublar.

Gömrükçülər külli miqdarda pirotexnika aşkar edib

1 Dekabr 2016 15:21

750 ədəd petarda tiplia məmulatı aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, ondan gömrük orqanına bəyan edilməyən 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.  Faktla bağlı araşdırma aparılır.

Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib

1 Dekabr 2016 15:19

Nəsimi rayonunda fəaliyyət göstərən 14 saylı tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir.

Qənirə Paşayeva: “Bu, səhiyyənin adına ləkədir”

1 Dekabr 2016 15:17

“Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”.

Deputatlarımız Özbəkistanda prezident seçkilərini izləyəcəklər

1 Dekabr 2016 15:16

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəndə səfər ediblər. Bu barədə MM-dən verilən məlumata görə, parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edəcək. Deputatlarımız ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.

Nazir Elmin İnkişafı Fonduna pul ayrılmasına qarşı çıxdı

1 Dekabr 2016 15:15

“Elmin İnkişafı Fondunda elm sahəsinə ayrılacaq iki illik vəsait toplanaraq qalıb”. Bunu maliyyə naziri Samir Şərifov 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinimüzakirəsi zamanı deyib.

Krım ətrafında raket toqquşması başladı

1 Dekabr 2016 15:14

Ukrayna ordusu Krım yarımadası yaxınlığında planlaşdırılan raket atışları təliminin başladığını elan edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin "Cənub" komandanlığı bildirir. "Təlimlər artıq başlayıb, hər şey plan üzrə, beynəlxalq normalara əməl olunmaqla gedir", - komandanlıq bildirir. Məlumatda deyilir ki, sınaqlar zamanı Krım yarımadası rayonunda Rusiyanın hava sahəsinə "ən maksimum yaxınlaşma nöqtəsi" 30 kilometr olacaq.

Nazir: "Pensiya sistemi dəyişəcək"

1 Dekabr 2016 15:14

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəricilərin, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi gözlənilir".

MTN generalının işindəki zərərçəkənlə bağlı - Şok dələduzluq faktları

1 Dekabr 2016 15:11

"MTN işi" ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə çıxdığı bir məqamda bu qurumun digər qruplaşmasının rəhbəri olan general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamda qeyd olunan epizodlardan biri ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

İlham Əliyev: "ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında maraqlıyıq"

1 Dekabr 2016 15:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rəsulullahın(s) möcüzələri haqqında- Elmira QAFAROVANIN tərcüməsində

1 Dekabr 2016 14:55

Tərcümə edəni Elmira Qafarova Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Bir gecədə üç olay

1 Dekabr 2016 14:48

Ötən gün “Badamdar” oteldə  “Number One” 4 – cü beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozandı. Mükafatlandırma mərasimində ictimai xadimlər, sənət adamları, aktyorlar, xalq artistləri, nüfuzlu şəxslər qatılıblar. Sosial şəbəkələrdə mükafatlandırma zamanı yaşanan olayların vidiosu paylaşılıb. DJ Çina, Elza Seyidcahanın və model Rüstəm Cəbrayılovun çıxışlarının vidioları səs – küyə səbəb olub.

Nazirliklər məsləhətləşmə aparırlar

1 Dekabr 2016 14:45

“Maliyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında məshətləşmələr gedir. Mədəniyyət sahəsində fəaliyyət növlərinin maliyyələşdirilməsinə yeni prizmadan baxılmasını nəzərdə tutlur”. Bunu maliyyə naziri Samir Şərifov deyib:“Büdcənin ənənəvi maliyyələşmə üsullarının təhlili təklif olunur ki, təhlil əsasında maliyyələşmə mexanizminin islah edilməsi məsələlərinə baxılsın. Diskusiyanın başlaması vacib elementdir”.

Maaşlar və pensiyalar artırılacaq

1 Dekabr 2016 14:44

“2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılıb”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Deputat bildirib ki, bütün bunlar dövlət başçısının vətəndaşlara qayğısı və onlara göstərilən xüsusi diqqətin göstəricisidir: “Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təqribən 2 milyard 53 milyon manat təşkil edir. Gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqlarının artırılması üçün 2017-ci ilin büdcəsində 436 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Göyçay rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

1 Dekabr 2016 14:43

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 1 dekabr 2016-cı il tarixdə Göyçay Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.