Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib

Nəsimi rayonunda fəaliyyət göstərən 14 saylı tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir.

Nəsimi rayonunda fəaliyyət göstərən 14 saylı tam orta məktəbdə "Multikulturalizm və Azərbaycan" mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" 11 yanvar 2016-cı il tarixli Sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31