Bir gecədə üç olay

Ötən gün “Badamdar” oteldə  “Number One” 4 – cü beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozandı. Mükafatlandırma mərasimində ictimai xadimlər, sənət adamları, aktyorlar, xalq artistləri, nüfuzlu şəxslər qatılıblar. Sosial şəbəkələrdə mükafatlandırma zamanı yaşanan olayların vidiosu paylaşılıb. DJ Çina, Elza Seyidcahanın və model Rüstəm Cəbrayılovun çıxışlarının vidioları səs – küyə səbəb olub.

Ötən gün "Badamdar" oteldə  "Number One" 4 - cü beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri Tural Ozandı. Mükafatlandırma mərasimində ictimai xadimlər, sənət adamları, aktyorlar, xalq artistləri, nüfuzlu şəxslər qatılıblar. Sosial şəbəkələrdə mükafatlandırma zamanı yaşanan olayların vidiosu paylaşılıb. DJ Çina, Elza Seyidcahanın və model Rüstəm Cəbrayılovun çıxışlarının vidioları səs - küyə səbəb olub.

Bir gecədə üç olay artıq tamaşaçılara nələrsə deməyə bilməz. Bu qədər təsadüf heç bir "beynəlxalq" mükafatlandırma mərasimində görülməyib. Bu cür tədbirlərdə təşkilatçıların heç bir günahı yoxu. Onlar məkan seçimində, piar məsələsində hər şeyi etməyə çalışıblar. Əgər kimsə gecəyə içkili gəlirsə, mikrafonun dayağını fırladırsa, həmkarına hörmətsizlik edib eyni səhnəyə çıxmırsa bu onların necə biri olduqlarını xəbər verir. Amma onları da  tədbirin ciddiliyi ilə məlumatlandırmaq lazımdı. Əks halda tamaşaçılarda mükafatlandırma tədbiri ilə bağlı qeyri - ciddi fikir yaranır. Ki, sosial mediada izləyicilərin yazdıqları şərh bunu təsdiqlədir.

Məsələn, model Rüstəm Cəbrayılovun aşağıdakı fikirlərini dinləyən ən saf tamaşaçıda artıq qeyri - ciddi fikirlər yaranır. "Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər, getdilər" - ifadələrini işlədən birinə "Number One" mükafatını vermək nə qədər düzgündü?

Həmkarına qarşı etdiyi hörmətsizlik, onunla eyni səhnəyə çıxmamağı kimi hadisə heç "Oskar" mükafatlandırılma mərasimində belə görünməyib. Rəqabəti  bacarmadan  və rəqiblərinə hörmət etmədən heç bir uğur qazanılmır.

Hər kəsin fərqli olmaq dərdi kənardan özlərinin nə qədər gülünc bir hala saldıqlarından xəbərsizdilər. Təşkilatçılar mükafatı kimə verdiklərinə, hansı səbəblə verdiklərinə diqqət etsələr, həm tamaşaçılar, həm də nominatlar bu cür tədbirlərin nə dərəcə də ciddi olduğuna inanarlar.

Nigar Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31