Gündəm
Qoyun oğruları tutuldular
Oktyabrın 2-də rayon sakinləri Sevda Kazımovanın və İlqar Qarayevin həyətyanı sahələrindən 25 baş qoyun oğurlanıb. DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvləri - Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədov tutulublar.
Mağazadan 700 manat aparaı yaxalanıb
Noyabrın 19-na keçən gecə Salyan rayonunun Yolüstü kəndində kənd sakini Cavid Hüseynova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 700 manat pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Bayram Kərimzadə tutulub.
Aureliya Qriqoriu mükafatlandırıldı
San-Marinoda Azərbaycanın dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı – Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
UNEC kollektivi qanvermə aksiyasına qatılıb
Dekabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşlar arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, “Ulduz” şokolad fabrikinin sponsorluğu ilə baş tutub. UNEC-in əsas tədris binasının tibb məntəqəsində təşkil olunan aksiyada universitetin tələbə-müəllim heyəti, eləcə də digər əməkdaşlar donor qismində iştirak ediblər. Qanvermə aksiyası dekabrın 2-də UNEC-in 2-ci tədris binasında davam edəcək.
Saleh Məmmədov federasiya prezidenti seçildi
Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində
2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb.
Afinada PARTLAYIŞ - Ölən və yaralananlar var
Yunanıstanın paytaxtı Afinada partlayış olub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident mərkəzdə yerləşən kafelərdən birində baş verib.
Qonşusunu bıçaqlayaraq xəstəxanalıq etdi
Oktyabrın 6-da Ağstafa rayonunun Tatlı kəndində yaşayan Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, 0, izahatında xəsarəti ağacdan yıxılması nəticəsində almasını bildirib.Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün E.Məmmədovla qonşusu Tofiq Ərzanov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsrət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş tədirlərlə T.Ərzanov tutulub.
Kabel oğrusu ələ keçib
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də və noyabrın 8-də Sumqayıt Şəhər Telekommunikasiya Qovşağına məxsus 110 metr telefon kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Cabbarlı tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aprılmış əməliyyat tədbirləri ilə onun noyabrın 3-də Kimyaçılar qəsəbəsində Şəhər Telekommunikasiya Qovşağına məxsus daha 36 metr telefon kabelini kəsərək oğurlaması da müəyyən edilib.
ABŞ-da 3 milyon səs təkrar sayılacaq
ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq. Səslərinin hesablanması bu gün başlanacaq və artıq bununla bağlı bütün işlər görülüb. Qeyd olunub ki, 3 milyon səs "Yaşılların" namizədi Cill Staynın tələb etdiyi kimi ştatın əksər şəhərlərində əl ilə sayılacaq.
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Çavuşoğlu: "Türkiyənin Suriya ilə bağlı hədəfi..."
"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Türkiyə ilə viza rejiminin ləğvi üçün Lavrovun şərtləri
"Sanksiyaların ləğvi məsələsində mərhələ-mərhələ irəliləyirik. Hazırda münasibətlərin inkişafı üçün heç bir əngəl yoxdur".
Şura 2017-ci il qrant müsabiqəsini elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edib. Müsabiqə elanının mətni, qaydaları, şərtləri və digər sənədləri ilə Şuranın e-qht.az, qhtxeber.az və cssn.gov.az saytları vasitəsi ilə tanış olmaq olar.














