Saleh Məmmədov federasiya prezidenti seçildi

Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan idmanının inkişafından danışan Çingiz Hüseynzadə bildirib ki, sovet dövründə idmanın həndbol növü üzrə böyük uğurlar əldə olunub. Lakin hazırda həndbol bir qədər diqqətdən kənarda qalıb. Buna görə MOK rəhbərliyi, Gənclər və İdman Nazirliyi federasiya rəhbərliyində dəyişiklik edilməsinə qərar verib. Ç.Hüseynzadə AHF-nin prezidenti vəzifəsinə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib. Saleh Məmmədov gənc yaşından idmana böyük həvəs göstərdiyini diqqətə çatdıraraq deyib ki, əsas məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdır: "Mənə göstərdiyi etimada görə MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm". Sonra AHF-nin prezidenti vəzifəsinə səsvermə keçirilib. Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31