ABŞ-da 3 milyon səs təkrar sayılacaq

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq. Səslərinin hesablanması bu gün başlanacaq və artıq bununla bağlı bütün işlər görülüb. Qeyd olunub ki, 3 milyon səs "Yaşılların" namizədi Cill Staynın tələb etdiyi kimi ştatın əksər şəhərlərində əl ilə sayılacaq. 

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq.

Səslərinin hesablanması bu gün başlanacaq və artıq bununla bağlı bütün işlər görülüb.

Qeyd olunub ki, 3 milyon səs "Yaşılların" namizədi Cill Staynın tələb etdiyi kimi ştatın əksər şəhərlərində əl ilə sayılacaq. 

Məlumat üçün bildirək ki, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılacaq.

Olaylar.az azvision.az-a istinadən xəbər verir ki,  respublikaçı Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibiHillari Klintonu 22 min səslə üstələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31