Aureliya Qriqoriu mükafatlandırıldı
San-Marinoda Azərbaycanın dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı – Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib.
1 Dekabr 2016 16:10 SosialSan-Marinoda Azərbaycanın dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı - Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut "OLAYLAR" -a bildirib ki, Aureliya Qriqoriu bu mükafata humanizm, ədalət, sülh, tolerantlıq və multikulturalizm ideallarını dəstəklədiyinə və onları təbliğ etdiyinə görə layiq görülüb. Onu bu mükafata 2013-cü il iyulun 4-də Yerevandakı çıxışına, habelə insan hüquqlarının müdafiəsi işinə töhfəsinə görə layiq görüblər. Malta Ordeninin yüksək mükafatının təqdim edilməsi mərasimi çərçivəsində Aureliya Qriqoriunun təşəbbüsü ilə San-Marino Respublikasının siyasi və biznes elitasının və İtaliyanın nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" görüşü keçirilib. "Dəyirmi masa"nın işində Aureliya Qriqoriu ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məshəti Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut, "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov, Moldovanın "İctimai Palata" qeyri-hökumət təşkilatının başçısı Dmitri Xaritonov iştirak ediblər.