Çavuşoğlu: "Türkiyənin Suriya ilə bağlı hədəfi..."

"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub".

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, türk ordusu məhz bu məqsədlə Suriya ərazisindədir.

O deyib: "Lakin biz hesab edirik ki, Suriyada siyasi sabitlik təmin olunmayana qədər terror təhlükəsini aradan qaldırmaq mümkün olmayacaq. Biz Suriyada sabitliyin bərqərar olmasını Əsəd hökuməti olmadan görürük. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu məsələdə bizim Rusiya ilə mövqeyimiz fərqlənir. Amma bəzi məsələlərdə yanaşmaların fərqlənməsi normaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31