Gündəm

Türkiyə kəşfiyyat peykini buraxır

1 Dekabr 2016 17:02

Türkiyənin "Göktürk-1" kəşfiyyat peyki dekabrın 5-də Fransa Qvianasının Quru kosmodromundan buraxılacaq.

Rusiya hərbiyyəsinin regiona təzadlı yanaşması

1 Dekabr 2016 17:00

Noyabrın 30-da Moskvada Müstəqil Dövlət Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirildi. Bu iclas bəlkə də xüsusi diqqət çəkməzdi. Ancaq ən azı 3 məqam diqqəti bu toplantıya yönəltdi.

Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı

1 Dekabr 2016 16:57

31 dekabrda Olimpiya kompleksində keçiriləcək "Ən Yeni il" gecəsi ilə bağlı bu gün müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi.

Azərbaycanda dövlət və əhali uşaq bağçalarını birgə maliyyələşdirəcək

1 Dekabr 2016 16:55

Azərbaycanda məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər.  Olaylar.az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Milli qəhrəmanlarımız gənclər üçün qəhrəmanlıq nümunəsidir

1 Dekabr 2016 16:54

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması sistemli şəkildə qurulduğundan bu proses təkcə paytaxtda deyil, eləcə də əyalətlərdə. şəhər və rayonlarda uğurla həyata keçirilir. Respublikanın hər bir regionunda, şəhər və rayonunda gənclərin vətənpərvər ruhda tərbiyəsinə xidmət edən tədbirlərin keçirilməsi onların daha da vətənpərvər olmasını şərtləndirir. Bu mənada Samux rayonunda da qeyd edilən istiqamətdə görülən işlər təqdirəlayiq hesab edilə bilər.

Təqsirləndirilən şəxs nazirin sabiq müşavirinin ona 30-40 milyon avro verdiyini deyib

1 Dekabr 2016 16:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hakim qeyd edib ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji Klinika var.

Bakıda Şimali Kipr turizminin təqdimatı keçirilib

1 Dekabr 2016 16:49

Bakıda Şimali Kipr Türk Respublikasının turizminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlu, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, dövlət rəsmiləri, millət vəkili, kütləi informasiya vasitələrinin rəhbərləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının nümayəndələri iştirak edib.

“Ermənistanla hərbi birlik yaratmaq Rusiya üçün ciddi problemlər yarada bilər”

1 Dekabr 2016 16:48

Azər Verdiyev: “Bu həm də bu böyük dövlətin siyasi nüfuzuna ciddi xələl gətirir” “Son 25 ildə Ermənistanda rəhbərliyə psixoloji problemləri olan adam hakimiyyətə gətirilir” Son vaxtlar Rusiya-Ermənistan münasibətlərində hərbi sahədə bir inkişaf tendensiyası müşahidə edilir. Moskvanın işğalçı ölkəni “İsgəndər” raketləri ilə təmin etməsindən sonra indi də Rusiya-Ermənistan hərbi əməkdaşlığından söhbət gedir. Bəs görəsən bu əməkdaşlıq Azərbaycan üçün nə dərəcədə təhlükəlidir? Ümumiyyətlə, bu regionda müharibə riskini artırırmı? Bu və ya digər suallarla Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ASGA-nın Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyevlə söhbətləşdik.

Hesablama Palatasının təklifi mübahisə yaratdı

1 Dekabr 2016 16:46

Deputat: “Palata dövlət siyasətinə uyğun olmayan mövqe nümayiş etdirir” Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsini qabardıb. Bildirib ki, bu məsələnin yenidən baxılmasına ehtiyac yaranıb: “Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb”.

Azərbaycanın multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir

1 Dekabr 2016 16:45

Allahşükür Paşazadə: “Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir”  Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib.

OPEK-in qərarı neft qiymətlərini artıracaqmı?

1 Dekabr 2016 16:43

Dünya bazarlarındakı neft qiymətlərində müsbət tendensiya müşahidə edilməkdədir. Səbəb dünyanın əsas neft ixracatçısı olan ölkələrin təmsil olunduğu OPEK-in Vyana görüşündə əldə edilən ilkin razılaşmadır. Məlumat üçün bildirək ki, əsas neft ixrac edən ölkələrin təşkilatı sayılan OPEK dünya bazarlarındakı mövcud durumu nəzərə alaraq neft hasilatını bir qədər azaltmaq barədə ilkin razılıq əldə ediblər.

ALIN YAZIM - ŞƏHİDLİK

1 Dekabr 2016 16:41

Adi insanlar ölür. Şəhidlər əbədiyyətə qovuşur. Hər bir şəhidin ömrü nə az,nə çox,uğrunda can qurban etdiyi torpağın yaşı qədərdir.  Sağ qalsaydılar, hərəsi bir-birinə qətiyyən bənzəməyən tale yaşayacaqdılar. Fəqət indi onların hamısının alın yazısının cəmi bircə kəlməsi var.Şəhidlik! Əgər xalq bircə nəfəriylə şüurlu ölüm zirvəsinə yüksələ bilirsə, deməli o xalq ləyaqət haqqına sahibdir!

Dini ektremist qüvvələr milli təhlükəsizliyə təhdiddir

1 Dekabr 2016 16:40

Son illərdə ölkədə dini ekstremist qüvvələr, radikal dini qruplaşmalara qarşı mübarizə intensivləşsə də, buna paralel olaraq qarşı tərəf də öz çirkin əməllərini həyata keçirmək, məkrli planlarını reallaşdırmaq məqsəilə müxtəlif vasitələrdən istifadə edirlər. Bütün bu hallar isə milli təhlükəsizliyimizə təhdid təşkil edir. Düzdür, hüquq-mühafizə orqanları bu təhdidləri aradan qaldırmağa müvəffəq olsalar da, lakin qeyd edilən məsələdə vətəndaş mövqeyi, xalqın radikal dini qruplaşmalara qarşı layiqli cavab verməsi də şərtdir. Çünki dini ekstremist qüvvələrin hərəkətləri təkcə dövlətin deyil, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinə təhdiddir.

Həmyerlisinin qızıl əşyalarını oğurladı

1 Dekabr 2016 16:34

Noyabrın 29-da Bərdə rayon sakini Ramil Əkbərovun evindən qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən həmyerlisi Kənan Qasımzadə tutulub.