Gündəm
Məktəblilər arasında bilik yarışı keçirilib
“Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində "Məktəblilərarası məntiq yarışı" keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, bilik yarışı məktəblilərin məntiqi biliklərinin, elmə marağının artırılması, xüsusi məntiqi təfəkkürü olan şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi məqsədilə təşkil olunub. Məntiq yarışında Bakıdakı 85 nömrəli tam orta məktəbi “Zəka", 140 nömrəli tam orta məktəbi “Zəfər”, 232 nömrəli tam orta məktəbi isə “Uğur” komandası təmsil edib. Tədbirdə məktəb direktorları, müəllimlər, uşaq birliyi rəhbərləri də iştirak ediblər. Çıxışlarda şagird nailiyyətinin artırılmasında bilik yarışlarının xüsusi rolu qeyd edilib, təhsildə əməkdaşlıq edərək öyrənməyin vacibliyi məsələsinə toxunulub. Yarışın sonunda qalib komandaya (“Zəka") kubok, digər komandalara (“Zəfər” və “Uğur”) isə diplomlar təqdim olunub.
FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb
ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.
Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT qiymətləndirildi
Rüfət Səfərovun şikayəti üzrə məhkəmə davam edib
Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Ərdoğan: “Türkiyə bir Avropa ölkəsidir, günü sabah Avropa İttifaqına qoşulmağa hazırıq”
“Türkiyəni Qərb dövləti kimi xarakterizə etmək doğrudur, amma tam deyil. Türkiyəni Şərq ölkəsi adlandırmaq doğrudur, amma yenə tam deyil. Qara dəniz, Aralıq dənizi ölkəsi da deyilə bilər, lakin bu da bizi tam ifadə etmir. Avropa öz dəyərlərinə zidd gedərək bizi istədiyi qədər kənara atmağa çalışa bilər, amma nə qədər əksini söyləyirsə söyləsin, Türkiyə bir Avropa ölkəsidir”.
Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmıtindən “OLAYLAR”-a bildirilib ki,musiqi aləmində şərəfli həyat yolu keçmiş Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova kimi görkəmli sənətkarları tarda müşayiət etmişdir. Tarzənin repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” muğamları əsas yer tutmuşdur. Tarla yanaşı Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları Milli radionun Qızıl fondunda saxlanılır. Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmuşdur.
Atatürk Liseyində Üzeyir Hacıbəyli yad edilib
Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Liseyində dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.
Sürüşmə sahələrində vəziyyət açıqlanıb - AYLIQ STATİSTİKA
Azərbaycanda sürüşmə sahələrində müşahidə olunan vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, noyabrda ekzogen-geoloji proseslərin baş verdiyi sahələrdə müşahidələr davam etdirilib.
Putin: "Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir"
"Rusiya ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Münasibətləri bərabərhüquqlu əsasda inkişaf etdirmək vacibdir. Qlobal və regional problemlərin həllində Rusiya-ABŞ dialoqu bütün dünyanın marağına cavab verir".
Putin: "Dünya və regional problemlərin həllində iştirak etməyə hazırıq"
"Rusiya dünya və regional problemlərin həllində iştirak etməyə hazırdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.
Badamdar və Zığda sürüşmə aktivləşib
“Səbail rayonu ərazisində, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar əmələ gəlib”.
Siqaretdən istifadə ilə bağlı məktəblilər arasında sorğunun nəticələri açıqlanıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Azərbaycanda ikinci dəfə gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) aparılıb. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev APA-ya deyib ki, tədqiqat 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilib və gənclər arasında tütündən istifadəyə dair monitorinq aparılıb.
Şeyx Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi
Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin bütün obyektləri "Şeyx Həmzət" ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun nəzarətinə keçib.
Ermənistanda "Nairit" kimya zavodu müflis elan olundu
Ermənistanın strateji müəssisələrindən sayılan "Nairit" zavodunun müflisləşdiyi elan olunub. Milli.Az report-a istinadən xəbər verir ki, Yerevanın Şenqavit Rayon Məhkəməsi "Ermənistan Elektrik Şəbəkəsi"nin zavodla bağlı müraciəti əsasında bu qərarı qəbul edib.
"İrana qaçaq keçib, izi itirəcəkdim" - Prorektorun seyfini yaranlar
Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluqda təqsirləndirilənSübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə davam edib.














