Gündəm

Ölkədə torpaqların qanunsuz zəbt edilməsinə qarşı mübarizə gücləndirilir

1 Dekabr 2016 18:59

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Çavuşoğlu Azərbaycana gəlir

1 Dekabr 2016 18:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək. Bu barədə məlumatlı mənbədən bildirilib.

İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik edib

1 Dekabr 2016 18:46

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu"

1 Dekabr 2016 18:43

Antaliyanın Manavqat qəsəbəsində otelə istirahət üçün gələn 17 yaşlı alman qızı zorlamaq iddiası ilə həbs edilən işçisi azadlığa buraxılıb.

"Qalatasaray" qış fasiləsinə qədər PLANI

1 Dekabr 2016 18:41

Türkiyə Kubokuna "Elazığspor" bərabərliyi (1:1) ilə başlayan "Qalatasaray" Superliqada qış fasiləsinə kimi maksimum nəticə göstərməyə çalışacaq.

Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı

1 Dekabr 2016 18:39

Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Azərbaycan DİN PKK-çı kimi təqdim olunan şəxsin həbsinə aydınlıq gətirdi

1 Dekabr 2016 18:35

Daxili İşlər Nazirliyi mətbuatda Abdullah Öcalanın təbliğatçısı kimi təqdim edilən Laçın rayon sakini Müqabil Baxışovun həbsinə aydınlıq gətirib.

Rusiya XİN rəhbərinin müavini Bakıda məsləhətləşmələr keçirib

1 Dekabr 2016 18:32

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya işgüzar səfər edib.

Rusiya: "S-400-lər İrana satılmayacaq"

1 Dekabr 2016 18:26

Rusiya İrana S-400 zenit raket komplekslərini verməyəcək. Bunu jurnalistlərə açıqlamasında "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib.

Türkiyədə idarəçilik forması dəyişəcəkmi?

1 Dekabr 2016 18:20

Türkiyədə prezident idarəçilik formasına keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri layihəsi gələn həftə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən parlamentə təqdim olunacaq.

Sumqayıtda ekologiya mövzusunda layihə icra olunur

1 Dekabr 2016 18:12

Sumqayıtda “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc fəal, Milli Aviasiya Akademiyasının tələbəsi Nurlan Cabbarov tərəfindən həyata keçirilir.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi daha da gücləndiriləcək

1 Dekabr 2016 18:09

Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub

“İRƏLİ” beynəlxalq tədbirdə iştirak edib

1 Dekabr 2016 18:05

"İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr üzrə Katibi Firuzə Harunova Belçikanın paytaxtı olan Brüssel şəhərində  təşkil olunan YEU ( "Youth for Exchange and Understanding İnternational") Baş Assambleyasında iştirak edib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə 2016-2017-ci il üzrə iş planları, strategiya müzakirə edilib, gənclər, gender və miqrasiya siyasətinə dair fəaliyyəti əks etdirən sənədlər qəbul olunub. Eyni zamanda yeni idarə heyyəti və şəbəkəyə yeni üzvlərin qəbulu üçün səsvermə keçirilib. Həmin səsvermədə “İRƏLİ” İctimai Birliyi tamhüquqlu üzv statusunda iştirak edib. Qeyd edək ki, 1989-cu ildə Strasburq şəhərində təsis edilmiş "Youth for Exchange and Understanding İnternational" beynəlxalq təşkilatın əsas missiyası gənclər arasında sülh, tolerantlıq və əməkdaşlığın təbliğ edilməsidir.