"Qalatasaray" qış fasiləsinə qədər PLANI
Türkiyə Kubokuna "Elazığspor" bərabərliyi (1:1) ilə başlayan "Qalatasaray" Superliqada qış fasiləsinə kimi maksimum nəticə göstərməyə çalışacaq.
1 Dekabr 2016 18:41 İdmanTürkiyə Kubokuna "Elazığspor" bərabərliyi (1:1) ilə başlayan "Qalatasaray" Superliqada qış fasiləsinə kimi maksimum nəticə göstərməyə çalışacaq.
Rəhbərlik qarşıdakı 4 oyunda 12 xalı hədəfləyir. "Sarı qırmızılar"ı "Kasımpaşa", "Gaziantepspor", "Osmanlıspor" və "Alanyaspor"la oyunlar gözləyir. Xüsusilə Ankarada "Osmanlıspor"la qarşılaşmanın çətin olacağı indidən məlumdur. Komandanın baş məşqçisi Riekerink "Bursaspor"la matçda "Qalatasaray"ın oyunundan razı qalmış və bu tempdə davam etməyin vacibliyini vurğulamışdı.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Aslanlar" hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.