Siyasi partiyalardan biri ləğv edildi

Rusiya Federasiyası Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək "Ağıllı Rusiya" ("Умная Россия") siyasi partiyasının ləğvi haqqında qərar qəbul edib.

Nazirliyin iddiasına əsasən, partiya "Siyasi partiyalar haqqında" qanunu pozmaqla fəaliyyət göstərib. Bundan başqa, partiyanın maliyyə hesabatının olmadığı da qeyd olunur.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Qeyd edək ki, "Ağıllı Rusiya" partiyası 2012-ci ildə rəsmi qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31