Sumqayıtda ekologiya mövzusunda layihə icra olunur
Sumqayıtda “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc fəal, Milli Aviasiya Akademiyasının tələbəsi Nurlan Cabbarov tərəfindən həyata keçirilir.
1 Dekabr 2016 18:12 SosialSumqayıtda "Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək" layihəsi icra olunur.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc fəal, Milli Aviasiya Akademiyasının tələbəsi Nurlan Cabbarov tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində keçirilən növbəti tədbirdə Nurlan Cabbarov layihənin məqsədi, vəzifələri və donoru haqqında məlumat vermişdir. Layihə rəhbəri aparılan işlər nəticəsində gözəlləşən və abadlaşan Sumqayıtın ekologiyasının qorunmasına daha çox ehtiyac olduğundan və bu işdə yeniyetmələrin üzərinə düşən vəzifələrdən danışmışdır.
Tədbirin keçirildiyi 39 saylı tam orta məktəbin direktoru layihə çərçivəsində aparılan maarifləndirmə işlərinin və yeniyetmələrin bu tədbirlərdən maariflənməsinin əhəmiyyətindən danışmışdır.
Sumqayıt şəhərində insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün salınan və yenilən parklardan danışan ekspert yeniyetmələrə dövlətimiz tərəfindən yaradılan bu şəraitin və salınan yaşıllıqların qorunmasının vacibliyinin qeyd etmişdir.
Qeyd edək ki, şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanılmışdır.