Rusiya XİN rəhbərinin müavini Bakıda məsləhətləşmələr keçirib
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya işgüzar səfər edib.
1 Dekabr 2016 18:32 SiyasətRusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya işgüzar səfər edib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o burada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla məsləhətləşmələr keçirib.
Karasin həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Keçirilən görüşlərdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə olunub.
Karasin səfər çərçivəsində Azərbaycanın Rus İcmasının üzvləri ilə görüşüb və icmanın sədri Mixail Zabelinə Rusiyanın "Dostluq" ordenini təqdim edib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31