Rusiya: "S-400-lər İrana satılmayacaq"

Rusiya İrana S-400 zenit raket komplekslərini verməyəcək. Bunu jurnalistlərə açıqlamasında "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib.

Rusiya İrana S-400 zenit raket komplekslərini verməyəcək.

Bunu jurnalistlərə açıqlamasında "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib.

Qeyd edək ki, Rusiya bundan öncə İrana S-300 zenit raket komplekslərini verib. İran mətbuatı tərəflər arasında S-400 sistemlərinin ölkəyə gətirilməsi barədə danışıqlar aparıldığını bildirsə də, rəsmi qurumlardan heç biri informasiyanı təsdiq etməyib.

Moskva S-400 komplekslərini indiyə qədər yalnız Hindistan və Çinə satıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31