“İRƏLİ” beynəlxalq tədbirdə iştirak edib
"İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr üzrə Katibi Firuzə Harunova Belçikanın paytaxtı olan Brüssel şəhərində təşkil olunan YEU ( "Youth for Exchange and Understanding İnternational") Baş Assambleyasında iştirak edib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə 2016-2017-ci il üzrə iş planları, strategiya müzakirə edilib, gənclər, gender və miqrasiya siyasətinə dair fəaliyyəti əks etdirən sənədlər qəbul olunub. Eyni zamanda yeni idarə heyyəti və şəbəkəyə yeni üzvlərin qəbulu üçün səsvermə keçirilib. Həmin səsvermədə “İRƏLİ” İctimai Birliyi tamhüquqlu üzv statusunda iştirak edib. Qeyd edək ki, 1989-cu ildə Strasburq şəhərində təsis edilmiş "Youth for Exchange and Understanding İnternational" beynəlxalq təşkilatın əsas missiyası gənclər arasında sülh, tolerantlıq və əməkdaşlığın təbliğ edilməsidir.
1 Dekabr 2016 18:05 Sosial"İRƏLİ" İctimai Birliyinin Beynəlxalq Əlaqələr üzrə Katibi Firuzə Harunova Belçikanın paytaxtı olan Brüssel şəhərində təşkil olunan YEU ( "Youth for Exchange and Understanding İnternational") Baş Assambleyasında iştirak edib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə 2016-2017-ci il üzrə iş planları, strategiya müzakirə edilib, gənclər, gender və miqrasiya siyasətinə dair fəaliyyəti əks etdirən sənədlər qəbul olunub. Eyni zamanda yeni idarə heyyəti və şəbəkəyə yeni üzvlərin qəbulu üçün səsvermə keçirilib. Həmin səsvermədə "İRƏLİ" İctimai Birliyi tamhüquqlu üzv statusunda iştirak edib. Qeyd edək ki, 1989-cu ildə Strasburq şəhərində təsis edilmiş "Youth for Exchange and Understanding İnternational" beynəlxalq təşkilatın əsas missiyası gənclər arasında sülh, tolerantlıq və əməkdaşlığın təbliğ edilməsidir.