Atatürk Liseyində Üzeyir Hacıbəyli yad edilib 

Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Liseyində dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.

Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Liseyində dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib. "OLAYLAR"-ın xəbərinə görə, yorulmaz və cəfakeş tədqiqatçısı Səadət xanım Qarabağlının iştirakı ilə keçirilən tədbirdə liseyin müdiri Musa Ediz belə tədbirlərin təhsil ocağında keçirilməsinin təqdirəlayiq bir hal olduğunu qeyd edib. Liseyin tarix müəllimi Elmar Həsənov, məruzə üçün dəvət olunmuş, tədqiqatçı, üzeyirbəyşünas, Üzeyir bəyin 25 il ev-muzeyində çalışmış, 5 il həmin ev-muzeyinin rəhbəri olmuş Səadət Qarabağlı haqqında ətraflı məlumat verib. Daha sonra söz Səadət xanıma verilib. O,: Üzeyir Hacibəylini mədəniyyətimizin sütunu kimi xarakterizə edib. Dahi bəstəkarımızın vəfatından 68 il ötdüyünü vurğulayan Səadət xanım bildirib ki, onu illər bizdən uzaqlaşdırsa da, mənən o bizə yaxınlaşır: "İlbəil Uzeyir bəy Hacibəyliyə ehtiyacımız çoxalır. Çünki Uzeyir bəy Hacıbəyli Azərbaycan mədəniyyəti tarixind bütün cığırları açıb. Bu gun mədəniyyət sahəsində çalışanların hamısı onun - bu dahi şəxsiyyətin çörəyini yeyirlər. Məhz Uzeyir bəy Hacıbəylinin əsərləri vasitəsi ilə Azərbaycanımız dünyada tanınır". Tədbirin sonunda Səadət xanım şagirdlərin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31