Badamdar və Zığda sürüşmə aktivləşib

“Səbail rayonu ərazisində, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar əmələ gəlib”.

"Səbail rayonu ərazisində, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar əmələ gəlib".

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Badamdar sürüşmə sahəsində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsinin su ilə tam doyaraq yamacboyu axması qeydə alınıb.

"Suraxanı rayonu ərazisində Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Torpaq və divarlarda çatların ölçüsündə 1 sm-ə qədər genişlənmələr müşahidə edilib", - deyə Ə. Qaralov söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31