Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmıtindən “OLAYLAR”-a bildirilib ki,musiqi aləmində şərəfli həyat yolu keçmiş Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova kimi görkəmli sənətkarları tarda müşayiət etmişdir. Tarzənin repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” muğamları əsas yer tutmuşdur. Tarla yanaşı Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları Milli radionun Qızıl fondunda saxlanılır. Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmuşdur.

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Həbib Bayramovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmıtindən "OLAYLAR"-a bildirilib ki,musiqi aləmində şərəfli həyat yolu keçmiş Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova kimi görkəmli sənətkarları tarda müşayiət etmişdir. Tarzənin repertuarında "Rast", "Şur", "Çahargah", "Segah", "Xaric segah", "Orta mahur" muğamları əsas yer tutmuşdur. Tarla yanaşı Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları Milli radionun Qızıl fondunda saxlanılır. Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31