Azərbaycanın Bosniya və Herseqovina ilə əməkdaşlığında ortaq maraqlar...

"Azərbaycan Bosniya və Herseqovina ilə ikitərəfli əməkdaşlığın gələcək inkişaf yollarını müəyyən edib".

Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

Azərbaycanlı nazir bildirib: "Əməkdaşlığımızın prioritet sahələri energetika, Böyük İpək Yolu, nəqliyyat sahələrində əməkdaşlıqdır. Həmçinin təhsil sahəsində əməkdaşlığın yaxşı perspektivləri var. İki ölkə arasında eləcə də hüquqi baza möhkəmləndirilməlidir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31