Dini ektremist qüvvələr milli təhlükəsizliyə təhdiddir
Son illərdə ölkədə dini ekstremist qüvvələr, radikal dini qruplaşmalara qarşı mübarizə intensivləşsə də, buna paralel olaraq qarşı tərəf də öz çirkin əməllərini həyata keçirmək, məkrli planlarını reallaşdırmaq məqsəilə müxtəlif vasitələrdən istifadə edirlər. Bütün bu hallar isə milli təhlükəsizliyimizə təhdid təşkil edir. Düzdür, hüquq-mühafizə orqanları bu təhdidləri aradan qaldırmağa müvəffəq olsalar da, lakin qeyd edilən məsələdə vətəndaş mövqeyi, xalqın radikal dini qruplaşmalara qarşı layiqli cavab verməsi də şərtdir. Çünki dini ekstremist qüvvələrin hərəkətləri təkcə dövlətin deyil, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinə təhdiddir.
1 Dekabr 2016 16:40 SosialSon illərdə ölkədə dini ekstremist qüvvələr, radikal dini qruplaşmalara qarşı mübarizə intensivləşsə də, buna paralel olaraq qarşı tərəf də öz çirkin əməllərini həyata keçirmək, məkrli planlarını reallaşdırmaq məqsəilə müxtəlif vasitələrdən istifadə edirlər. Bütün bu hallar isə milli təhlükəsizliyimizə təhdid təşkil edir. Düzdür, hüquq-mühafizə orqanları bu təhdidləri aradan qaldırmağa müvəffəq olsalar da, lakin qeyd edilən məsələdə vətəndaş mövqeyi, xalqın radikal dini qruplaşmalara qarşı layiqli cavab verməsi də şərtdir. Çünki dini ekstremist qüvvələrin hərəkətləri təkcə dövlətin deyil, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinə təhdiddir. Elə ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Cəlal İbrahimov deyir ki, milli təhlükəsizliyi qorumaq hər bir qurumun, hər bir vətəndaşın vəzifə borcu olmalidir. Onun sözlərinə görə, din kimliyi adı altında gizlənərək, xarici qüvvələrin ayırdığı böyük finans gücünü arxasına alaraq, dünyanın bir çox coğrafiyalarında böyük xain proektlər həyata keçirilir. Həmin qüvvələr əsasında terror aktları reallaşdırılır: "Bu terror təşkilatının; üst idarəçiləri xainlər, orta hissəsi ticarətçilər, alt hissəsi isə aldadılmış, inandırılmış, bağlılıq andı içdirilmiş terror fəaliyyətlərində istifadə olunan terroristlərdən ibarətdir". O, qeyd edir ki, bu gün Türkiyə dövləti də belə bir təhdid altındadır: "Xarici qüvvələrin din və təhsil maskası adı altında Türkiyə Dövlətində fəalliyət göstərən terror təşkilatı, əsl üzlərini gizləyərək, məktəblərində yetişdirdiyi və əmin olduqları fərdlərinə bağlılıq andı içdirərək, daha sonra saxta yollarla dövlətin bütün qurumlarına yerləşdirilməsini həyata keçirirlər. Bu terror təşkilatı özlərinə bağlı olan, fərdləri ali məktəblərə və dövlət qurumlarına yerləşdirmək məqsədiylə, dövlət imtahanlarının cavablarını oğurlayıb,öz təhsil sistemində yetişdirilən xain gənclərin, saxta yollarla həm ali məktəblərə, həm də dövlət qurumlarına girməsini həyata keçirir. Məhz bu xainlər bu istiqamətdə yüksək imhatan nəticələri əldə edir. Azərbaycanda və eləcə də bəlli coğrafiyalarda baş verən radikal dini qruplaşmaların arxasında xarici qüvvələrin finans qaydalarının durduğu bilinməkdədir". Cəlal İbrahimov qeyd edib ki, Azərbaycanda xain qüvvələrin, dövlətçiliyimizə vurmaq istədiyi zərbənin qarşısının vaxtında alınması, ölkə daxilində radikal saxta dini qruplaşmaların, cəmiyyətimizdə toplu zəiflədiyinin müşahidəçisiyik. Bu onu göstərir ki, ölkə daxilində hələ də xarici dairələrlə əlaqəsi olan bir sıra yüksək şəxslər mövcuddur".
Dini ekspert, AMEA-nın böyük elmi işçisi Əkrəm Həsənov da hesab edir ki, dini ekstremist qüvvələrin başlıca hədəfi Azərbaycana təhlükə törətmək, milli təhlükəsizliyimizi təhdid altına almaqdır: "Ölkə başçısına qarşı çıxmaq, yaxud başçı və rəiyyəti bir-birindən ayırmaq üçün böhtanlar və yalanlar yaymaq Allah-Təalanın bizə qadağan etdiyi xəyanət növlərindəndir. Səudiyyə Ərəbistanının baş muftisi, Böyük Alimlər Məclisinin rəisi Şeyx Əbdüləziz əl-Şeyx rəiyyəti öz başçısına xəyanət etməsindən çəkindirərək deyib: "Xəyanət, İslamın qadağan etdiyi pis bir əxlaqdır. Xəyanət elə bir çirkin və iyrənc xarakterdir ki, o ümmət arasında birlik bağlarının kəsilməsinə və müsəlman toplumunun bir-birinə olan
haqlarını zəifləməsinə səbəb olur. Allah-Təala ölkə başçısına itaəti, o başçıya edilən beyətə hörmət və təzim etməyi vacib buyurmuşdur. Onlara qarşı çıxmaq, yaxud başçı və rəiyyəti bir-birindən ayırmaq üçün böhtanlar və yalanlar yaymaq Allah-Təalanın bizə qadağan etdiyi xəyanət növlərindəndir". Həmçinin deyib: "Xalq da öz ölkə başçılarının və məsul şəxslərinin boynunda bir əmanətdir. Başçıların da xalqın ləyaqət və izzətini müxtəlif cəhətlərdən - iqtisadi, siyasi, hərbi, təhlükəsizlik, təlim və informasiya cəhətdən qorumaları üçün düzgün plan qurmaları vacibdir və bütün bu işlərin əmanətlə yerinə yetirilməsi lazımdır. Xalqın maraqlarını dünya oyunundan və hiyləsindən qoruyan siyası plana ehtiyacı vardır. Allah-Təala bu ölkənin başçılarına hikmətli siyasət müvəffəq etdiyi üçün O, bu ölkəni düşmənlərinin istədiyi bir çox şərlərdən qorumuşdur". Ekspertin sözlərinə görə, İslama, dinə, əxlaqa, dəyərlərə qarşı düşmənçilik göstərən, ölkəyə, onun başçısına, təhlükəsizliyinə qarşı nifrət bəsləyən informasiya kanalları ilə əlaqə qurmaq və onlara rəylər vermək hamısı xalqa xəyanətdən sayılır: "Müsəlman bundan çəkinməli və bilməlidir ki, müsəlmanların vətəni xalq boynunda bir əmanətdir. Vətənə xəyanət xalq içərisində terror etməklə fitnə-fəsad törədən cinayətkarların çağırışını təsdiqləmək deməkdir. Vətəni qorumaq hər bir müsəlmanın boynuna düşən bir borcdur".
Süleyman