Bakıda Şimali Kipr turizminin təqdimatı keçirilib

Bakıda Şimali Kipr Türk Respublikasının turizminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlu, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, dövlət rəsmiləri, millət vəkili, kütləi informasiya vasitələrinin rəhbərləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının nümayəndələri iştirak edib.

Bakıda Şimali Kipr Türk Respublikasının turizminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlu, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, dövlət rəsmiləri, millət vəkili, kütləi informasiya vasitələrinin rəhbərləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının nümayəndələri iştirak edib.  Türk Hava Yolları və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Şimali Kiprdən də çoxsaylı turizm firmaları, hava yolları şirkətləri və. s nümayəndələri iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayan təqdimat mərasimində çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ölkəsinin turizm potensialının Azərbaycana tanıtdırılması baxımından bu kimi tədbirlərin önəmli olduğunu bildirib. Ufuk Turganer Bakıda müxtəlif illərdə bir neçə dəfə bu cür təqdimatların keçirildiyini vurğulayıb və bu kimi tədbirlər nəticəsində insanlarda Şimali Kipr Türk Respublikası barədə geniş və ətraflı bilgilərin formalaşdığını söyləyib.  Sonra çıxış edən Şimali Kiprin turizm və ətraf mühit naziri Fikri Ataoğlu ölkəsinin turizm potensialı barədə məlumat verib. Bildirib ki, Şimali Kipr Türk Respublikası turistlərin istirahət etməsi üçün əlverişli məkandır.  İlin çox hissəsinin Şimali Kiprdə günəşli hava ilə müşahidə edildiyini deyən nazir azərbaycanlı turistlərin də Şimali Kipr Türk Respublikasına səfər etmələrini məqbul sayıb. Nazir ölkəsində turistlərin rahatlığıni təmin etmək məqsədilə müasir standartlara cavab verən otellərin inşa olunduğunu diqqətə çatdırıb. Bildirib ki,  hər il artan turist sayı nəzərə alınaraq otellər şəbəkəsi genişləndirilir və yeni otellər inşa olunur.  Fikri Ataoğlu Azərbaycanın da çox gözəl turizm potensialı olduğunu dilə gətirib. Bildirib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi hər iki ölkənin turizm potensialına böyük töhfələr verər: "Mən ilk dəfə idi ki, Azərbaycana səfər edirdim. Çox təssüf hissi keçirdim ki, indiyə qədər Azərbaycana gəlməmişəm. Burada da gözəl turistik yerlər, xarici turistlərin rahat dincəlməsi üçün otellər şəbəkəsi var. Hər iki ölkə bu potensialdan istifadə edərək turizm sahəsində əlaqələri daha da inkişaf etdirə bilər". Nazir bir müddət sonra Şimali Kipr Türk Respublikasından daha bir nümayəndə heyətinin Azərbaycana gələvəyini diqqətə çatdırıb. Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı əlaqələrdən danışıb. Şimali Kiprin demək olar ki, hər bir tərəfini gəzdiyini deyən millət vəkili bildirib ki, bu ölkə də Azərbaycan kimi xarici turistlərin rahat bir şəkildə dincələ biləcəyi bir məkandır. Onun sözlərinə görə, xüsusilə Ağ dənizin sahilləri Şimali Kiprə səfər edən turistlər üçün əvəzsiz bir mənzərədir. Qənirə Paşayeva əmin olduğunu bildirib ki, tezliklə qarşılıqlı turist səfərlərinin sayı artacaq və bu hər iki ölkəyə xeyir verəcək. Çıxışlardan sonra Şimali Kipr Türk Respublikasının turizim potensialını əks etdirən təqdimat keçirilib, slayd şoy nümayiş etdirilib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31