Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
1 Dekabr 2016 16:09 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. "OLAYLAR"-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 13568 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 10291 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,3 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3277 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1582 sənəd (484 ərizə, 727 məktub, 371 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.