Əmək Nazirliyi Qarabağ müharibəsi əlillərinə ev verdi
Cari ildə nazirlik tərəfindən 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub
1 Dekabr 2016 14:26 SosialCari ildə nazirlik tərəfindən 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın şəhər və rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri davam etdirilir. Nazirlik daha 6 ədəd fərdi yaşayış evini Ucar rayonunda Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Həmin fərdi yaşayış evlərinin hər biri onların təqdim olunduğu şəxslərin ailə üzvlərinin sayına uyğun olaraq üçotaqlıdır və evlərdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin edilib.
Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Olaylar.az