Gündəm
Milli Məclis büdcənin müzakirəsinə start verdi
Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur. Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır. Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.
Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb”
"Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb". “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Oqtay Əsədov deyib. Spiker əlavə edib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır: “Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosisalyönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanılması üçün ölkə büdcəsində kifayət qədər vəsait ayrılıb. Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək”.
"Bazarstore"dakı biabırçılıqla bağlı AÇIQLAMA
Şirniyyatların üzərində tarakan gəzir Bakıda məşhur supermarketlərdən birində xoşagəlməz hal ortaya çıxıb. Baku.ws xəbər verir ki, "Bazarstore" mağazasının "28 Mall"da yerləşən filialında şirniyyatın üzərində tarakanların gəzişdiyi məlum olub. Bu barədə narazı müştərilər sosial şəbəkələrdə paylaşım ediblər. Hətta böcəyin şəklini də çəkərək Facebook-da paylaşıblar. "Bazarstore" ilə əlaqə saxlayaraq məsələ ilə bağlı rəsmi münasibət öyrənilib. Həmin açıqlamanı təqdim edirik:
Rus ədəbiyyatının böyük klassiki- Nekrasov
10 dekabr - rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi N. A. Nekrasovun anadan olmasının 195 illiyi münasibəti ilə.
İŞİD "Mosul savaşı" videosunu yaydı - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın Mosul şəhərini əldə saxlamaq üçün ağır döyüşlər aparır.
Putin təhlükəsizlik doktrinasını təsdiqlədi
Rusiya prezidenti Vladimir Putin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı doktrinanı təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə Rusiyanın informasiya sferasında milli təhlükəsizliyin təmin edilməsi məsələsi yer alıb. Yeni hazırlanmış doktrinada bəzi xarici ölkələrin öz informasiya-texniki imkanlarından yararlanaraq Rusiyanın informasiya infrastrukturuna hərbi məqsədlər üçün müdaxilə etdikləri bildirilib:
Binəqədidə ASAN könüllüləri ilə görüş keçirilib
“Beynəlxalq Könüllülər Günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə gənclər əldə etdikləri təcrübələri bölüşüblər və gənclər üçün yaradılan şəraitdən söhbət açıblar. Qeyd ediblər ki, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam edir və gəncliyin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır. Görüşün sonunda gənclər xatirə fotosu çəkdiriblər.
Azərbaycanda südə olan illik tələbat 3.45 mln tondur
Azərbaycanda südə olan illik tələbat 3.45 mln ton, istehsal isə 1.7 mln tondur. MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Tahir Mirkişili qeyd edib ki, adambaşına ildə 703 litr süd istehsal edən Belarus MDB ölkələri sırasında birinci yerdədir: “Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, qonşu Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycanda 193 litr, Ermənistanda 208 litrdir. Bizdə istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir”. Millət əkili hesab edir ki, Azərbaycanda müxtəlif iqlim qurşaqlarının olması, süni mayalanma yolu ilə yüksək süd məhsuladrlığına sahib inəklərin yetişdirilməsi bu sahədə inkişaf üçün böyük imkanların olmasından xəbər verir.
Natiq Əliyev OPEC-in Vyana toplantısına qatılacaq
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilib
Gürcüstanın paytaxtındakı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Qafqazın tarixinə, Qafqazda əlifbanın yaranmasına və yazılı tarixi abidələrə həsr olunan tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, Alban-Udin xristian icmasının rəhbəri Robert Mobili təmsil edib.
Şagirdlərlə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Cəsurluq məktəbi” mövzusunda “Açıq qapı” günü keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, “Açıq qapı” gününün keçirilməsində məqsəd Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaq olub. Tədbirdə Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları və 60 nəfər yuxarı sinif şagirdi iştirak edib. Tədbir praktik və nəzəri olmaqla, iki hissədən ibarət olub.
Hansı “gizli əl” erməni mənşəli musiqiçiləri ölkəmizə gətirir?
"Sanki hansısa bir gizli əl erməni əsilli musiqiçilərin Azərbaycana gəlməsini müxtəlif formalarda təşkil edir”. Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, ictimaiyyətdə bu məsələ ilə bağlı həqiqətən də haqlı etirazlar var: “Əgər gəlib bizi pulsuz əyləndirilərsə, buyurub gəlsinlər. Bu konsert üçün hər bir azərbaycanlının ödədiyi vəsait güllə və giliz formasında bizim özümüzə qarşı yönəlir. Ona görə də bu məsələləri kəşfiyyat və təhlükəsizlik orqanları xüsusi nəzarətə götürməlidilər ki, bu adla səfərlər baş tutmasın”.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Məhkəmədə ifadə verən şahid axtarışa verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hindistan prezidentinin təyyarəsində HƏYƏCANLI ANLAR: Geri qayıtdılar
Göyərtəsində ölkə prezidenti Pranab Kumar Mukercinin olduğu Hindistan Hərbi Hava Qüvvələrinin təyyarəsi uçuş zamanı yaranmış texniki problemlər səbəbindən Dehliyə geri dönməli olub.














