Şagirdlərlə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Cəsurluq məktəbi” mövzusunda “Açıq qapı” günü keçirilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, “Açıq qapı” gününün keçirilməsində məqsəd Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaq olub. Tədbirdə Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları və 60 nəfər yuxarı sinif şagirdi iştirak edib. Tədbir praktik və nəzəri olmaqla, iki hissədən ibarət olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən "Cəsurluq məktəbi" mövzusunda "Açıq qapı" günü keçirilib. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, "Açıq qapı" gününün keçirilməsində məqsəd Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaq olub. Tədbirdə Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları və 60 nəfər yuxarı sinif şagirdi iştirak edib. Tədbir praktik və nəzəri olmaqla, iki hissədən ibarət olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31