Milli Məclis büdcənin müzakirəsinə start verdi
Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur. Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır. Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.
6 Dekabr 2016 13:01 SosialMilli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur. Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında " qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır. Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.