Qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilib

Gürcüstanın paytaxtındakı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Qafqazın tarixinə, Qafqazda əlifbanın yaranmasına və yazılı tarixi abidələrə həsr olunan tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, Alban-Udin xristian icmasının rəhbəri Robert Mobili təmsil edib.

Gürcüstanın paytaxtındakı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Qafqazın tarixinə, Qafqazda əlifbanın yaranmasına və yazılı tarixi abidələrə həsr olunan tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, Alban-Udin xristian icmasının rəhbəri Robert Mobili təmsil edib.

TDU-nun rektoru Qiorqi Şarvaşidze Qafqazda yazılı tarixi abidələrin, əlifbanın tarixinin öyrənilməsində və bu barədə məlumatların gələcək nəsillərə çatdırılmasında qafqazşünas alimlərin rolunu, eləcə də belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib. Universitetin professoru Çira Baramidze Qafqazda əlifbaların yaranma tarixi barədə danışıb, yazılı abidələrin və digər mədəni abidələrin qorunmasının vacibliyini vurğulayıb. Gürcüstan parlamentində çoxluq fraksiyasının rəhbəri Zviad Kvaçantiradze, Robert Mobili, Rusiya, Dağıstan və Mahaçqala universitetlərinin və digər ali məktəblərin alimləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, münaqişələrin və dağıdıcı müharibələrin tarixi abidələrin məhvinə səbəb olduğunu söyləyiblər. Bildirilib ki, Qafqazın inkişafı birbaşa əlifba və yazılı tarixi abidələrlə əlaqəlidir. Konfransda çıxış edənlər dünyada və Qafqazda mövcud olan əlifbalarla qədim əlifbalar arasında paralellər aparıb, sivilizasiyaların inkişafında əlifbanın rolunu, yazılı abidələrin, yazı nümunələrinin oxşar və fərqli cəhətləri barədə ətraflı məlumat veriblər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, eləcə də digər diplomatlar, Rusiya, Gürcüstan və başqa ölkələrin elm xadimləri, qafqazşünas alimləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31