Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb”

"Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb". “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Oqtay Əsədov deyib. Spiker əlavə edib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır: “Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosisalyönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanılması üçün ölkə büdcəsində kifayət qədər vəsait ayrılıb. Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək”. 

"Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Oqtay Əsədov deyib. Spiker əlavə edib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır: "Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosisalyönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanılması üçün ölkə büdcəsində kifayət qədər vəsait ayrılıb. Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31