Binəqədidə ASAN könüllüləri ilə görüş keçirilib
“Beynəlxalq Könüllülər Günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə gənclər əldə etdikləri təcrübələri bölüşüblər və gənclər üçün yaradılan şəraitdən söhbət açıblar. Qeyd ediblər ki, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam edir və gəncliyin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır. Görüşün sonunda gənclər xatirə fotosu çəkdiriblər.
6 Dekabr 2016 12:42 Sosial"Beynəlxalq Könüllülər Günü" ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə gənclər əldə etdikləri təcrübələri bölüşüblər və gənclər üçün yaradılan şəraitdən söhbət açıblar. Qeyd ediblər ki, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam edir və gəncliyin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır. Görüşün sonunda gənclər xatirə fotosu çəkdiriblər.