Putin təhlükəsizlik doktrinasını təsdiqlədi
Rusiya prezidenti Vladimir Putin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı doktrinanı təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə Rusiyanın informasiya sferasında milli təhlükəsizliyin təmin edilməsi məsələsi yer alıb. Yeni hazırlanmış doktrinada bəzi xarici ölkələrin öz informasiya-texniki imkanlarından yararlanaraq Rusiyanın informasiya infrastrukturuna hərbi məqsədlər üçün müdaxilə etdikləri bildirilib:
6 Dekabr 2016 12:46 DünyaRusiya prezidenti Vladimir Putin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı doktrinanı təsdiq edib. Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə Rusiyanın informasiya sferasında milli təhlükəsizliyin təmin edilməsi məsələsi yer alıb. Yeni hazırlanmış doktrinada bəzi xarici ölkələrin öz informasiya-texniki imkanlarından yararlanaraq Rusiyanın informasiya infrastrukturuna hərbi məqsədlər üçün müdaxilə etdikləri bildirilib:
"Başqa ölkələrin xüsusi xidmət orqanları tərəfindən informasiya-psixoloji fəaliyyətə təsir imkanları genişlənib. Bu, əsasən dünyanın müxtəlif regionlarında daxili siyasi və sosial situasiyanın destabilizasiyasına və ölkənin suverenliyi, ərazi bütövlüyünə yönəlmiş addımlardır. Rusiya kütləvi informasiya vasitələri xaricdə açıq-aşkar diskriminasiyaya məruz qalır, rusiyalı jurnalistlərə öz peşəkar fəaliyyətlərini həyata keçirmək üçün maneələr yaradılır. Rusiya əhalisinin, ilk növbədə isə gənclərin rus mənəvi dəyərlərindən uzaqlaşdırılması üçün informasiya təsir imkanları artırılır".