Gündəm

Siyasətçinin oğlu rəqqasəni toyda tüfənglə öldürdü - VİDEO

6 Dekabr 2016 12:19

Hindistanda məşhur rəqqasə və xoreoqraf Kulvinder Kaur tüfənglə vurularaq öldürülüb. Rəqqasə Pəncab əyalətində təşkil olunan toy mərasiminə qatılıb.

Həbsdəki MTN generalı ilə bağlı AÇIQLAMA

6 Dekabr 2016 12:17

Həbsdə olan MTN generalı Sübahir Qurbanov cinayət işinin materialları ilə tanış olmağa başlayıb.

Bu tarixdə doğulan məcburi köçkün uşaqlarına pul verilməyəcək

6 Dekabr 2016 12:15

Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Bununla bağlı "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq.

Qanunvericiliyi pozan şəxslərin işi məhkəmələrə göndərilib

6 Dekabr 2016 12:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

6 yaşında ərə verilən, cinsi münasibətə “yox” dediyi üçün... - DƏHŞƏTLİ QANUNLAR

6 Dekabr 2016 12:10

Dünyanın bəzi ölkələrində qadına qarşı zorakılığı dəstəkləyən qanunlar var. Məhz bu qanunlara görə şiddətə məruz qalan qadınlar başlarına gələn acımasız rəftardan kiməsə şikayət edə bilmirlər.

Saçları üzündə

6 Dekabr 2016 12:08

Urmila Khangaha adlı qız dünyada nadir görülən xəstəliyə tutulub.Tibdə “hairy nevus” adlanan bu xəstəlik balaca Nepallı qızcığazın üzündə də saçları var. Böyüdükcə üzündə daha çox yer tutan hissəni isə əməliyyat elətdirmək üçün ailə yetərli büdcəyə sahib deyil. Nepaldakı bir xəstəxana bütün xərcləri öz üzərinə götürərək, qızcığazı əməliyyat eləyib.

Pantomin teatrının afişası

6 Dekabr 2016 12:07

“Şərqi hiss et”

6 Dekabr 2016 12:05

Dekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında “Şərqi hiss et” adlı Muzey Gecəsi baş tutub. Gecədə şərq mədəniyyətinin bir çox  sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib.

Baş məşqçi Kamran Ağayevdən narazı qaldı: "Topa çıxmamalı idi"

6 Dekabr 2016 12:00

"Birinci hissəni uğursuz keçirdik. Qısa müddət ərzində ardıcıl iki qol buraxdıq ki, bu da yekun nəticəni müəyyənləşdirdi". Bunu "Boavişta"nın baş məşqçisi Migel Lil deyib. Portuqaliya çempionatının XII turunda "Pasuş de Ferreyra"nın qonağı olan "Boavişta" meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan millisinin üzvlərindən qapıçı Kamran Ağayev qarşılaşmanı əvəz edilmədən keçirdiyi halda, yarımmüdafiəçi Emin Mahmudov son 33 dəqiqədə mübarizə aparıb.  

İŞİD terrorçuları belə hazırlıq keçirlər

6 Dekabr 2016 11:58

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Yəməndə də mövqelərini möhkəmlətməyə başlayıb.

Ermənilər Özbəkistanın yeni prezidentinə "əl tapmağa" çalışacaqlar

6 Dekabr 2016 11:56

Özbəkistanın yeni dövlət başçısının kimliyi artıq bəllidir. Şövkət Mirziyoyev prezident seçildi. Bizə dost və qardaş Özbəkistanın daha da güclənməsi, çiçəklənməsi yolunda ona uğurlar arzulayırıq. Arzumuz bir də budur ki, Mərkəzi Asiyanın bu kilid ölkəsi Dağlıq Qarabağ məsələsində mərhum prezident İslam Kərimovun zamanında olduğu kimi prinsipial mövqe sərgiləsin. Yəni Azərbaycan torpaqları boşaldılmayınca işğalçı rolunda çıxış edən Ermənistanla ikitərəfli əməkdaşlığa getməsin.

Qaçqın və məcburi köçkünlərin statusu ilə bağlı yenilik

6 Dekabr 2016 11:50

Çingiz Qənizadə: “25 il müddətində qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil problemi həll olunub” “Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər".

Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir - MÖVQE

6 Dekabr 2016 11:45

Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdur. Bu uğurlar əsasən 2 məsələ - qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof Ştrasserin məruzəsinə AŞPAüzvlərinin mütləq əksəriyyəti tərəfindən əleyhinə səs verməsi idisə, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir.

Azərbaycanda dörd məhkum ölüb

6 Dekabr 2016 11:43

Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib. Məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.

Əflatun Amaşov: “Jurnalistlərə mənzillər 2017-ci ilin yayında veriləcək”

6 Dekabr 2016 11:40

“Jurnalistlərə mənzillər 2017-ci ilin yayında veriləcək”. Bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Millət vəkili bildirib ki, hazırda binada tamamlama işləri gedir: “Binanın Mətbuat günü ərəfəsində təhvil verilməsi planlaşdırılır”. Apa.az