“Şərqi hiss et”
Dekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında “Şərqi hiss et” adlı Muzey Gecəsi baş tutub. Gecədə şərq mədəniyyətinin bir çox sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib.
6 Dekabr 2016 12:05 MədəniyyətDekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında "Şərqi hiss et" adlı Muzey Gecəsi baş tutub. Gecədə şərq mədəniyyətinin bir çox sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib.
Gecədə həmçinin Azərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından parçalar və xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun "Nizami" simfoniyası səslənib.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb. Performansda Yuğ teatrının sənətçiləri əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova çıxış edib.
Yuğ teatrı dekabr ayında olacaq tamaşaların siyahısını təqdim edib.
|
1 dekabr, cüməaxşamı |
T.Nar "Şok" |
19.00 |
|
2 dekabr, cümə |
M.F.Axundzadə "Naməlum Axundzadə" |
19.00 |
|
6dekabr, çərşənbə axşamı |
P.Nurəliyeva "Sonuncu" |
19.00 |
|
7 dekabr, çərşənbə |
M.F.Axundzadə "Naməlum Axundzadə" |
19.00 |
|
8 dekabr, cümə axşamı |
Klim "Medeya" |
19.00 |
|
13dekabr, çərşənbə axşamı |
"Rindü Şeyda" |
19.00 |
|
14 dekabr, çərşənbə |
T.Əngin "Boy" |
19.00 |
|
15 dekabr, cümə axşamı |
P.Nurəliyeva "Sonuncu" |
19.00 |
|
20 dekabr, çərşənbə axşamı |
M.F.Axundzadə "Naməlum Axundzadə" |
19.00 |
|
21 dekabr, çərşənbə |
V.İbrahimoğlu "Audiensiya" |
19.00 |
|
22 dekabr, cümə axşamı |
T.Nar "Şok" |
19.00 |
|
27 dekabr, çərşənbə axşamı axşamı |
G.Dumbadze "Məhşər günü" |
19.00 |
|
28 dekabr, çərşənbə |
T.Əngin "Boy" |
19.00 |
|
29 dekabr, cümə axşamı |
V.İbrahimoğlu "Audiensiya" |
19.00 |