Baş məşqçi Kamran Ağayevdən narazı qaldı: "Topa çıxmamalı idi"
"Birinci hissəni uğursuz keçirdik. Qısa müddət ərzində ardıcıl iki qol buraxdıq ki, bu da yekun nəticəni müəyyənləşdirdi". Bunu "Boavişta"nın baş məşqçisi Migel Lil deyib. Portuqaliya çempionatının XII turunda "Pasuş de Ferreyra"nın qonağı olan "Boavişta" meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan millisinin üzvlərindən qapıçı Kamran Ağayev qarşılaşmanı əvəz edilmədən keçirdiyi halda, yarımmüdafiəçi Emin Mahmudov son 33 dəqiqədə mübarizə aparıb.
6 Dekabr 2016 12:00 İdman"Birinci hissəni uğursuz keçirdik. Qısa müddət ərzində ardıcıl iki qol buraxdıq ki, bu da yekun nəticəni müəyyənləşdirdi". Bunu "Boavişta"nın baş məşqçisi Migel Lil deyib.
Portuqaliya çempionatının XII turunda "Pasuş de Ferreyra"nın qonağı olan "Boavişta" meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan millisinin üzvlərindən qapıçı Kamran Ağayev qarşılaşmanı əvəz edilmədən keçirdiyi halda, yarımmüdafiəçi Emin Mahmudov son 33 dəqiqədə mübarizə aparıb.
Oyunla bağlı yerli mətbuata danışan Migel Lil ilk hissədə buraxılan iki qolun həlledici olduğunu söyləyib: "İkinci hissədə hücumda fəal olduq və hətta qollardan birinin əvəzini də çıxdıq. Lakin rəqib sona qədər çox yaxşı müdafiə olundu, bərabərlik qoluna imkan vermədi. Etiraf etməliyəm ki, komanda hələ tam istədiyim səviyyədə deyil. Heyətdə kifayət qədər təcrübəsiz gənclər var. Bu üzdən komanda hələ zəif görünür".
"Pasuş de Ferreyra"nın 18-ci dəqiqədə vurduğu ilk qolda Kamran Ağayevin də kobud səhvi olub. Məhz onun çıxışdakı səhvindən yararlanan Bayxinyo topu boş qapıdan keçirib. 51 yaşlı mütəxəssis həmin epizodu da şərh edib: "Fikrimcə, Kamran Ağayevin ilk qoldakı səhvini onun zədəsi ilə bağlamaq doğru olmaz. Sadəcə, Kamran həmin epizodda düzgün qərar vermədi. O, topa çıxmamalı idi. Kim meydana çıxırsa, məsuliyyəti də o daşıyır. Amma onu da unutmayaq ki, Ağayevin bu qarşılaşmada iştirakı sual altında idi. Oyuna hazır olmaq üçün çox çalışdı. Bir neçə epizodda da komandamızı qoldan xilas etdi. Məğlub olsaq da, komandadan ümumilikdə razı qaldım. Bu çətin yolda azarkeşlərimizin dəstəyinə ehtiyacımız var".
Qeyd edək ki, 12 turdan sonra 13 xalı olan "Boavişta" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Apasport.az