Siyasətçinin oğlu rəqqasəni toyda tüfənglə öldürdü - VİDEO

Hindistanda məşhur rəqqasə və xoreoqraf Kulvinder Kaur tüfənglə vurularaq öldürülüb. Rəqqasə Pəncab əyalətində təşkil olunan toy mərasiminə qatılıb.

Hindistanda məşhur rəqqasə və xoreoqraf Kulvinder Kaur tüfənglə vurularaq öldürülüb.

Rəqqasə Pəncab əyalətində təşkil olunan toy mərasiminə qatılıb.

O, səhnədə çıxış edərkən sərxoş şəxs tərəfindən tüfənglə vurulub. Kaur başından ağır yaralanıb, daha sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatı barədə onun həyat yoldaşı Rajinder Singht məlumat yayıb.

Bildirilib ki, silahlı şəxs siyasətçi Vijay Goyalın oğlu Sanjay Goyaldır. O, Kaur ilə rəqs etmək istəyib, lakin ona mane olublar. Sanjay isə əsəblərini cilovlaya bilməyib, rəqqasəni tüfənglə öldürüb.

Qeyd edək ki, Kulvinder Kaur bir neçə aydır ki, hamilə idi. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31