Gündəm

Türkiyə və Rusiya bir il əvvəl böyük imtanahdan keçdi

6 Dekabr 2016 13:43

"Bir il əvvəl yaşadıqlarımızla Türkiyə və Rusiya böyük imtahandan keçdi”. Bunu Rusiyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.

Təhsil Nazirliyi  müəllimlərin işdən çıxarılması məsələsinə aydınlıq gətirib

6 Dekabr 2016 13:41

Təhsil Nazirliyi tədris ilinin əvvəlində bəzi mətbuat orqanlarında Tovuz rayonunda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Dilimizdəki yeni sözlərin lüğəti hazırlandı - 2000-ə yaxın yeni söz

6 Dekabr 2016 13:33

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində "Yeni sözlər və yeni mənalar" lüğəti tərtib olunub. İnstitutdan  verilən məlumata görə, yeni çap olunmuş lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən 2000-ə yaxın yeni söz və termin daxil edilib, onların izahı verilib.

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII illik forumunda iştirak edir

6 Dekabr 2016 13:32

Dekabrın 6-da Moskvadakı "Crocus City Hall" konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb. "RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur" mövzusunda keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

6 Dekabr 2016 13:28

Noyabrın 28-30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilmişdir.

Edamdan qurtula bilər

6 Dekabr 2016 13:26

Ötən həftə İranda edam cəza ilə gündəmə gələn Babek Zencanin cəzasının qüvvədə qalacağı açıqlanmışdı. Rüşvət, saxta sənəd hazırlamaqda, dövlət vəsaitinin mənimsəməklə ittiham olunan Zencanin edam cəzasından qurtula biləcəyi xəbəri yayılıb.

Azərbaycanlı gənc Türkiyənin Qızıl Qaya zirvəsinə çıxıb

6 Dekabr 2016 13:24

Gənclər üçün Təhsil Mərkəzinin Gəncədə fəaliyyət göstərən “Kəpəz” Dağçılıq Klubunun rəhbəri Orxan Əmirxanov Türkiyə Respublikasının “Niğdə Aladağlar” milli parkında keçirilmiş zirvə yürüşünə qatılıb. Yürüş iştirakçıları sözügedən parkda yerləşən, 3771 metr hündürlüyü olan “Qızıl Qaya” zirvəsinə çıxıblar.

Yeni il qabağı moda yarmarkası keçiriləcək

6 Dekabr 2016 13:23

Dekabrın 21-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin, “Baku Fashion Night” təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək.

İlin başçısı məlum oldu 

6 Dekabr 2016 13:22

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan "ilin başçısı” sorğusu növbəti dəfə uğurla yekunlaşıb.

Komitə sədri: “Dövlət büdcəsində heç bir sosial layihə ixtisar olunmayıb”

6 Dekabr 2016 13:20

Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Nazir: “Sosial öhdəliklərin yerinə yetirilməsi hədəf olaraq qalacaq”

6 Dekabr 2016 13:19

"2016-cı ildə olduğu kimi, 2017-ci ildə də ölkədə fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır: "Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub". Nazir əlavə edib ki, gələn il xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək. "Xərclərin optimallaşdırılmasına baxmayaraq, əhalinin həssas təbəqələrinin təminatının gücləndirilməsi, sosial öhdəliklərinin yerinə yetirilməsi öncül hədəflər olaraq qalacaq və bunun üçün maliyyə təminatı yaradılacaq". 

DTX  xüsusi ekspertiza keçirəcək

6 Dekabr 2016 13:18

Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nı təsdiq edib.

Yağıntılar kəsiləcək, Bakıda və bölgələrdə şaxta olacaq

6 Dekabr 2016 13:10

Bakı və Abşeron yarımadasında dekabrın 7-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Ali Məhkəmə MTN-in həbs etdiyi şəxs barədə qərarı ləğv edib

6 Dekabr 2016 13:08

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.

"Qarabağa FTX nəzarət edir..."

6 Dekabr 2016 13:05

Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Rusiyanın icadıdır. Bu sözləri nüfuzlu gürcü analitiki və jurnalisti, Dövlət İlya Universitetinin professoru Oleq Panfilov deyib.