Yeni il qabağı moda yarmarkası keçiriləcək
Dekabrın 21-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin, “Baku Fashion Night” təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək.
6 Dekabr 2016 13:23 SosialDekabrın 21-də "Excelsior Hotel & Spa Baku" otelinin, FMS Models model agentliyinin, "Baku Fashion Night" təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, artıq biletlər satışdadır. Biletlərin qiyməti 15 AZN-dən başlayır və sıradan asılı olaraq dəyişilir. Biletləri "Excelsior Hotel & Spa Baku" otelindən əldə etmək mümkündür. Yarmarkada Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq və tədbirdə iştirak edən qonaqlar Yeni il qabağı qarderobları üçün hədiyyələr əldə edə biləcəklər. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində, maraqlı proqramla keçiriləcək və heç bir qonaq hədiyyəsiz qalmayacaq. Layihənin iştirakçıları - əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova, dizaynerlər Lalə Ağayeva, Gülüm Əsədullayeva, Günel Behbudova, Günay Quliyeva, Nərgiz Muxtarova brend "by NRGZ", Sehri Rəhimova, Günay Mirzə, Yekaterina Eren, Liana Allahverdiyeva və başqalarıdır. Baku Fashion Night 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir.