İlin başçısı məlum oldu 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan "ilin başçısı” sorğusu növbəti dəfə uğurla yekunlaşıb.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan "ilin başçısı" sorğusu növbəti dəfə uğurla yekunlaşıb. ASGA-dan "OLAYLAR"-a bildirilib ki, sorğunun nəticəsinə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qalib olub. Sorğu ilə bağlı fikirlərini bölüşən ASGA sədri Səbuhi Abbasov deyib ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb: "Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümək təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının İctimai Birliyinin Analitik Sorğu Mərkəzi və bir neçə xəbər portalı "İLİN BAŞÇISI" nominasiyası üzrə sorğunu başa vurub. Ümumilikdə sorğuda 479.384 nəfər iştirak edib. Onlarda 74.596 nəfər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə səs verib. Sorğunun qalibi Biləsuvar rayunu oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31