Azərbaycanlı gənc Türkiyənin Qızıl Qaya zirvəsinə çıxıb

Gənclər üçün Təhsil Mərkəzinin Gəncədə fəaliyyət göstərən “Kəpəz” Dağçılıq Klubunun rəhbəri Orxan Əmirxanov Türkiyə Respublikasının “Niğdə Aladağlar” milli parkında keçirilmiş zirvə yürüşünə qatılıb. Yürüş iştirakçıları sözügedən parkda yerləşən, 3771 metr hündürlüyü olan “Qızıl Qaya” zirvəsinə çıxıblar.

Gənclər üçün Təhsil Mərkəzinin Gəncədə fəaliyyət göstərən "Kəpəz" Dağçılıq Klubunun rəhbəri Orxan Əmirxanov Türkiyə Respublikasının "Niğdə Aladağlar" milli parkında keçirilmiş zirvə yürüşünə qatılıb. Yürüş iştirakçıları sözügedən parkda yerləşən, 3771 metr hündürlüyü olan "Qızıl Qaya" zirvəsinə çıxıblar. "OLAYLAR"-ın xəbərinə görə, Niğdə Valiliyinin Gənclər və idman bölməsinin təşkil etdiyi yürüşə müxtəlif ölkələrdən çoxlu sayda gənc qatılıb. Azərbaycan təmsilçisi zirvədə Azərbaycanın, eləcə də təmsil etdiyi Mərkəzin bayrağını dalğalandırıb. O.Əmirxanovun zirvə yürüşündə iştirakı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən dəstəklənmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31